“Həmin gün xalq azadlıq arzusu ilə oyandı” - Ukrayna səfiri

 “Həmin gün xalq azadlıq arzusu ilə oyandı” -  Ukrayna səfiri
  20 Yanvar 2021    Oxunub:2145
Hər bir ölkənin tarixində faciəvi səhifələr var. Azərbaycan üçün bu, 20 yanvar tarixidir. Həmin gün minlərlə azərbaycanlı sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanlı şəkildə yatırılması aktı olan “Qanlı Yanvar” hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir.
Azvision.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb.

Diplomat bildirib ki, həmin gün Bakı sakinləri sovet tankları və atışmaların səsinə ayıldı, lakin nəticədə bütün xalq azadlıq arzusu ilə oyandı:

"Bu azadlıq istəyi qan bahasına başa gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını və Azərbaycanın digər bölgələrini mühasirəyə alan sovet qoşunları 131 mülki şəxsi öldürdü, bir çoxu əlil olan 744 günahsız insanı yaraladı və 400 nəfəri qanunsuz olaraq həbs etdi.

Bu, Moskvanın Sovet İttifaqının dağılmasının qarşısını almaq cəhdinin bir hissəsi idi. Lakin repressiv tədbirlər müstəqillik hərəkatını daha da gücləndirdi və Azərbaycan əhalisinin əksəriyyəti öz vətəndaşlarına silah tuşlamış qanlı bir imperiya olan Sovet İttifaqının tərkibində qala bilməyəcəklərini anladılar.

Tezliklə azərbaycanlılardan sonra başqaları da ayağa qalxdı: Litvadakı Sayudis, Ukraynadakı Xalq Hərəkatı, Estoniya Xalq Cəbhəsi. Beləliklə, SSRİ dağılaraq xalqlar azad oldu.

Başınız sağ olsun, unutmadıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladislavKanevski  





Xəbər lenti