“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” -  Paşinyan
  20 Yanvar 2021    Oxunub:50749
Ermənistanın baş naziri Nikol Paşinyanın “Molorak” qəzetində jurnalist işləyən zaman 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qırğınla bağlı yazdığı məqalə yenidən erməni KİV-lərində yayımlanıb.
Azvision.az “News.am”a istinadən xəbər verir ki, “Ermənilər və azərbaycanlılar oxşar taleyi olan xalqlardır” adlı məqalə 11 fevral 1998-ci ildə dərc edilib.

Paşinyan 20 yanvarda Bakıda qətlə yetirilənlərin qarşısında baş əydiyini yazıb. O, hər dəfə Azərbaycanın və Türkiyənin günahsız qurbanları ifadəsinin işlədilməsinin niyə ermənilərin şüurunu qaraltdığını sual edib.

Paşinyan məqaləni bu sətirlərlə bitirib: "20 yanvarda Bakıda 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti