“Bakının G20-yə dəvət alması diplomatiyamızın acizliyidir” - Minasyan

 “Bakının G20-yə dəvət alması diplomatiyamızın acizliyidir” -  Minasyan
  20 Yanvar 2021    Oxunub:3696
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Azərbaycanın G20 zirvəsinə dəvət almasından yazıb.

Azvision.az xəbər verir ki, sabiq diplomat İtaliyanın Azərbaycanı zirvə toplantısına dəvət etməsinin onlara ağır gəldiyini etiraf edib.
Minasyan xüsusi olaraq bildirib ki, İtaliya G20-yə rəhbərlik etdiyi dövrdə mühüm dövlətləri seçərək zirvəyə dəvət edir: “Vaxtilə Ermənistan üçün ən yaxın dost sayılan ölkələrdən biri olan, həm ağır günlərdə, həm də xoş anlarda həmişə yanında görünən İtaliya... Bu o İtaliyadır ki, Ermənistanla əlaqəli məsələlərə ən azı balanslı yanaşma göstərirdi. Onlar Azərbaycanla yanaşı, Ermənistana da dəvət göndərib, bərabərlik prinsipini təmin etməyi lazım bilmədilər”.

Keçmiş diplomatın sözlərinə görə, baş nazir Nikol Paşinyan, ölkənin Xarici İşlər Nazirliyi və digər səlahiyyətlilər burada dəhşətli bir şey olmadığını düşünürlər: “Hər şeyin keçmişdə qaldığına qərar verdik, yeni prioritetlər müəyyənləşdirdik. Bu vəziyyətdə, niyə italyanlar Ermənistanı bizdən daha çox sevməlidirlər? Yuxarıda göstərilənlər diplomatiyamızın, xarici siyasətimizin, dövlət qurumlarımızın məhv edildiyi və aciz qaldığının daha bir təəccüblü və acı sübutudur. “Nikolizm” dövlətimizi daxildən məhv etdi. Ləyaqətimizi itiririk. Və bu xainlərin Ermənistanı təmsil etməsinə icazə verdiyimiz müddətdə dünyanın reaksiyası fərqli ola bilməz. Nə qədər ki, biz özümüzə hörmət etmirik, başqalarının bizə hörmət etməsinə səbəb olmayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İtaliya   G20   Azərbaycan   Dəvət   Diplomatiya  





Xəbər lenti