Dubayda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Baş konsul Cavidan Hüseynov çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri xalqımızın müstəqillik əzminə mane ola bilmədi və müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi kimi daxil oldu. O əlavə edib ki, ümummilli lider Heydər Əliyev xüsusi nəzarət altında olmasına baxmayaraq, faciə baş verdikdən dərhal sonra - 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib və böyük cəsarət göstərərək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirməklə yanaşı, həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Baş konsul vurğulayıb ki, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını davam etdirən və 44 günlük Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək şəhidlərimizin qanını yerdə qoymadı.
Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azvision.az