Azərbaycanda benzin istehsalı artıb

  20 Yanvar 2021    Oxunub : 1224
Azərbaycanda benzin istehsalı artıb
2020-ci ildə Azərbaycanda 2 milyon 68,6 min ton dizel yanacağı, 1 milyon 166,7 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 502,2 min ton ağ neft, 61,5 min ton yanacaq mazutu, 25,4 min ton sürtkü yağları, 375 min ton neft bitumu və 197 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, il ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 100,7 milyon manat olmaqla 2019-cu illə müqayisədə 3,6 faiz azalıb.

Neft bitumunun istehsalı 44,2 faiz, avtomobil benzininin istehsalı 0,5 faiz artıb.

Dizel yanacağının istehsalı 0,6 faiz, neft koksunun istehsalı 17,4 faiz, ağ neftin istehsalı 24,7 faiz, sürtkü yağlarının istehsalı 28,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 39,3 faiz, yanacaq mazutunun istehsalı isə 51,4 faiz azalıb.

Azvision.az

Teqlər: Benzin