Əlibəylidəki monitorinq insidentsiz ötüşdü

Əlibəylidəki monitorinq insidentsiz ötüşdü
  26 Mart 2013    Oxunub:1365
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçiriblər.

Monitorinq 7 dəqiqə davam edib və insidentsiz başa çatıb.


Teqlər:  





Xəbər lenti