Madriddə güclü partlayış : Ölənlər və yaralılar var - (YENİLƏNİB)

  20 Yanvar 2021    Oxunub : 2469
  Madriddə güclü partlayış : Ölənlər və yaralılar var -  (YENİLƏNİB)
İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Hadisə Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binalardan biri dağılıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə zamanı azı altı nəfər yaralanıb, bir neçə nəfər isə həlak olub. Ölənlərin dəqiq sayı məlum deyil.



Azvision.az

Teqlər: Madrid   Partlayış