Türkiyədə bir milyondan çox insan peyvənd olunub

Türkiyədə bir milyondan çox insan peyvənd olunub
  21 Yanvar 2021    Oxunub:1112
Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə “Sinovac” vaksini ilə peyvəndləmə davam edir.
Azvision.az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə indiyədək 1 000 135 nəfər peyvənd olunub.

Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 14-də peyvənd olunub. Dövlət başçısı əhalini peyvəndə dəvət edib. Hələlik peyvəndləmədə ciddi əks təsir müşahidə olunmur.

Azvision.az


Teqlər: Türkiyə   Peyvənd  





Xəbər lenti