Pompeo Çinin “qara siyahı”sına düşdü

  20 Yanvar 2021    Oxunub : 1079
Pompeo Çinin “qara siyahı”sına düşdü
Çin hakimiyyəti ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeoya qarşı sanksiya tətbiq edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bildirilib ki, Pompeo daxil olmaqla 28 nəfər Çinin milli suverenliyini ciddi şəkildə pozub.

Sanksiya siyahısında Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı olmuş Piter Navarro, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Robert OBrayen, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Kelli Kraftin də adı yer alıb.

Azvision.az

Teqlər: Çin   ABŞ   Pompeo