Bayden Meksika ilə divarın inşasını dayandırdı

Bayden Meksika ilə divarın inşasını dayandırdı
  21 Yanvar 2021    Oxunub:1392
ABŞ-ın yeni Prezidenti Co Bayden Meksika ilə sərhəddə divarın inşasını dayandırmaq barədə qərar imzalayıb.
Azvision.az xəbər verir ki, Bayden Meksika ilə sərhəddə tətbiq edilən xüsusi fövqəladə vəziyyət rejimini də ləğv edib.

Bu qərar Meksika hakimiyyəti tərəfindən məmnuniyyətlə qarşılanıb. Ölkənin Xarici İşlər naziri Marselo Ebrard “Twitter” paylaşımında divarın tikintisinin dayandırılmasını alqışladıqlarını deyib.

Xatırladaq ki, Tramp Administrasiyası miqrantların ölkəyə qanunsuz girişinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəd boyunca divar inşa etdirmişdi. Bu günədək 727 km uzunluğunda çəkilən səddin inşasına 8 milyard dollar vəsait xərclənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden   ABŞ   Prezident  





Xəbər lenti