Ermənistanda koronavirusdan ölənlərin sayı 3021-ə çatdı

  21 Yanvar 2021    Oxunub : 754
Ermənistanda koronavirusdan ölənlərin sayı 3021-ə çatdı
Ermənistanda son sutka ərzində daha 307 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 165 528 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3021-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 742 nəfərdir. Aktiv xəstələrin sayı 7 719 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19   Ermənistan