Paşinyan: “Şuşa əhalisinin 90 faizi azərbaycanlılar olub”

  21 Yanvar 2021    Oxunub : 1552
  Paşinyan:  “Şuşa əhalisinin 90 faizi azərbaycanlılar olub”
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bir qrup deputata ünvanladığı sual erməni cəmiyyətində qıcıq yaradıb.
Azvision.az xəbər verir ki, Paşinyanın “əhalisinin 90 faizdən çoxunun azərbaycanlı olduğu Şuşa şəhərinin ermənilərin olduğunu nəzərdə tutursunuz?" - deyə sual etməsi narazılıq yaradıb.

Politoloq Qagik Hambaryan baş nazirin bu həqiqəti dilə gətirməsindən sonra “Nikol xəyanətin simvoludur” deyib. Saxta erməni soyqırımı muzey institutunun keçmiş direktoru, tarix elmləri doktoru Hayk Demoyan isə deputatlardan anlaşılan tərzdə bu suala cavab gözlədiyini deyib.

“Baş nazirin sualı cavabsız qala bilməz ․․․” - deyə o bildirib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Şuşa   Paşinyan