Rusiyada 8 əsgəri öldürən Şamsutdinova hökm oxundu

 Rusiyada 8 əsgəri öldürən Şamsutdinova hökm oxundu
  21 Yanvar 2021    Oxunub:3155
Çitadakı hərbi məhkəmə çağırışçı əsgər Ramil Şamsutdinovu xidmət yoldaşlarını güllələməkdə günahkar hesab edərək, 24 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, cəzasını sərt rejimli koloniyada çəkəcək.
Şamsutdinov 25 oktyabr 2019-cu il tarixində qaravul növbəsini təhvil verərəkən atəş açıb. Nəticədə səkkiz nəfər ölüb, daha iki nəfər ağır yaralanıb. Bu hərəkətini hərbi hissədəki "dedovşina" və zorakılıqla izah edib. O, günahını etiraf edib, psixoloji- psixiatrik ekspertiza hər hansı bir qəribə davranış aşkarlamayıb.

2020-ci ilin martında Çita qarnizonu hərbi məhkəməsi Şamsutdinovun həmkarı Rüstəm Muxatovu iki il sınaq müddəti və 30 min rubl cərimə cəzasına məhkum edib. O, əsgərləri bir neçə saat fiziki məşqlər etməyə məcbur etdiyini, onları boks əlcəyində yumruğu ilə döydüyünü və uyğun olmayan vaxt siqaret çəkməyə getdiyi üçün Şamsutdinova təpik vurduğunu etiraf edib.

Əsgərin müdafiəçiləri "dedovşina"nın bununla məhdudlaşmadığını bildiriblər. Xüsusilə, onların dediklərinə görə, onu döyüblər, yuxusuz qalıb, üzünü unitaza salacaqları ilə hədələyib, pulunu alıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RamilŞamsutdinov   Rusiya   Əsgər  





Xəbər lenti