Rusiyanın Zambiyadakı səfiri vəfat edib

  21 Yanvar 2021    Oxunub : 1117
Rusiyanın Zambiyadakı səfiri vəfat edib
Rusiya Federasiyasının Zambiyadakı səfiri Aleksandr Boldırev vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Twitter” səhifəsində məlumat paylaşılıb.

"Səfirlik, Rusiyanın Zambiyadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Boldırevin vaxtsız vəfatından dərindən kədərlənir", - açıqlamada deyilir.

Boldırev 31 oktyabr 2019-cu ildən bəri Rusiyanın Zambiyadakı səfiri vəzifəsində çalışıb.

O, 1955-ci ildə Moskvada anadan olub. Bundan əvvəl Rusiyanın Böyük Britaniyadakı səfirliyinin müşaviri, Vyanadakı nümayəndəsinin müavini vəzifələrində çalışıb. 2010-2012-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktor müavini olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Səfir