Rusiyada daha 612 nəfər koronavirusdan ölüb

  21 Yanvar 2021    Oxunub : 1022
Rusiyada daha 612 nəfər koronavirusdan ölüb
Rusiyada son sutka ərzində koronavirusa 21 887 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 655 839 nəfərə çatıb.

Rusiyada bir gündə 612 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 67 832 nəfərdir. İndiyədək 3 054 218 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus