İraqdakı terrorda 28 nəfər ölüb

  21 Yanvar 2021    Oxunub : 1135
İraqdakı terrorda 28 nəfər ölüb
İraqın paytaxtı Bağdadın mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, ən azı 73 nəfər yaralanıb.

Məlumata görə, bazarın yerləşdiyi At-Tayaran meydanı ərazisində, iki ardıcıl partlayış baş verib. İraq ordusunun sözçüsü bildirib ki, terror hücumu iki kamikadze tərəfindən həyata keçirilib.

Təhlükəsizlik səbəbi ilə Bağdadın mərkəzində, bir çox xarici ölkələrin səfirlikləri və dövlət qurumlarının ofislərinin yerləşdiyi Yaşıl zonaya gedən bütün yolları bağlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İraq   Bağdad   Terror