Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  26 Mart 2013    Oxunub:1300
Yağmursuz hava şəraiti proqnozlaşdırılır.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsas yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman müşahidə olunacaq, mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.



Teqlər:  





Xəbər lenti