Merkel seçkilərdə iştirak etməyəcək

 Merkel seçkilərdə iştirak etməyəcək
  21 Yanvar 2021    Oxunub:1973
Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək seçkilərdə siyasətçi kimi iştirak etməyəcəyini yenidən təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Hökumətin qurulması ilə bağlı son müzakirələr nöqteyi-nəzərindən, Almaniyanın növbəti hökumətinin çox sürətlə qurulmasını istərdim. 2017-ci ildə mən də bunu arzuladım, sonra bu, bir qədər uzandı. Ancaq mən daha heç bir siyasi kontekstdə iştirak etməyəcəyəm”, - kansler söyləyib.

Yeni hökumətin qurulması ilə nəticələnəcək alman bundestaqına seçkilər 26 sentyabrda keçiriləcək. Bundan əvvəl, Almaniya kansleri Angela Merkel 2021-ci ildəki seçkilərdən sonra siyasətdən gedəcəyini açıqlayıb.

Hakim partiyanın kansler vəzifəsinə namizədinin yaxın aylarda müəyyənləşəcəyi bildirilir.

Xatırladaq ki, 16 yanvarda Xristian Demokratik İttifaqı partiyasının onlayn qurultayında Şmali Reyn-Vestfaliyanın baş naziri Armin Laşet sədr seçilib. Onun kansler vəzifəsinə namizəd olacağına dair iddialar irəli sürülür.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Almaniya   Seçki   Kansler  





Xəbər lenti