Ermənistanın 30 ildəki itkilərinin sayı açıqlanıb

 Ermənistanın 30 ildəki itkilərinin sayı açıqlanıb
  21 Yanvar 2021    Oxunub:1720
Ermənistan mətbuatı ölkənin müxtəlif illərdə cəbhədəki itkiləri ilə bağlı statistika dərc edib.
Azvision.az “news.am”a istinadən xəbər verir ki, statistika ölkənin baş prokurorluğuna göndərilən sorğunun cavabına əsaslanır.

Belə ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə (1991-1998) ölkənin itkiləri 7 min nəfər təşkil edib. Bildirilib ki, rəsmi mənbələrdən həmin illərin itkilərinin dəqiq sayı haqqında məlumat əldə etmək qeyri-mümkün olub, bu səbəbdən rəqəmlər təxminidir, lakin etibarlı məlumatlara əsaslanır.

Rəsmi məlumata görə, 1998-2008-ci il ölkəyə rəhbərlik edən Robert Koçaryanın dövründə cəbhədə 92 nəfər erməni ölüb.

Üçüncü prezident Serj Sarkisyanın (2008-2018) dövrününü itkiləri isə 228 nəfər təşkil edir. Bunlardan 86 erməni hərbçi 2016-cı il aprel müharibəsi zamanı öldürülüb.

Digər illərin itkilərinin sayı isə demək olar ki, ikinci prezidentin dövründə qeydə alınanlarla müqayisə edilə bilər.

Nikol Paşinyan dövründə hərbi itkilər 5 mindən, bəzi mütəxəssislərə görə 7 mindən çoxdur.

"Üstəlik, 6 mindən çox insan həyatı bahasına əldə etdiyimiz və 26 il ərzində qoruyub saxladığımız vətəni (Azərbaycanın işğal altında olmuş Qarabağ bölgəsi nəzərdə tutulur- red.) itirdik. Ter-Petrosyanın dövründə müharibə və itkilər başa düşülürdüsə, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə nəticəsində demək olar ki, hər şeyi itirdik. Baş nazirin həyat yoldaşı Anna Akobyanın bir vaxtlar dediyi kimi, bu qurbanlar əbəs yerə verilib.

Beləliklə, Baş Prokurorluğunun rəsmi məlumatları, Ermənistanda və Qarabağda vəziyyətin ikinci və üçüncü prezidentləri dövründə ən sabit və təhlükəsiz olduğunu göstərir", - deyə məqalədə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İtki  





Xəbər lenti