Ankarada Xocalı parkı salınır

Ankarada Xocalı parkı salınır
  17 Fevral 2014    Oxunub:985
Türkiyənin Ankara şəhərinin Kızılcahamam bələdiyyəsi Azərbaycanın Ankaradakı səfirlyi ilə birgə Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar abidə parkı salıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, park fevralın 26-da açılacaq.

Xocalı şəhərində baş verən soyqırımın xatirəsinə həsr olunmuş bu parkda hazırda tamamlanma işləri görülür. Parkın salınmasına 2012-ci il fevralın 26-da başlanıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti