“İŞİD” Bağdaddakı terrorun məsuliyyətini öz üzərinə götürdü

 “İŞİD” Bağdaddakı terrorun məsuliyyətini öz üzərinə götürdü
  22 Yanvar 2021    Oxunub:936
İraqın paytaxtı Bağdadda törədilmiş terror aktının məsuliyyətini “İŞİD” öz üzərinə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat verir.

Yanvarın 21-də Bağdadın mərkəzində iki kamikadzenin törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, 110 nəfər yaralanıb.

Bu, son üç ildə Bağdadda törədilmişən ən böyük partlayış hesab olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bağdad   Terror   İraq  





Xəbər lenti