Ağ Ev: Bayden Trampla söhbət etməyi planlaşdırmır

 Ağ Ev:  Bayden Trampla söhbət etməyi planlaşdırmır
  22 Yanvar 2021    Oxunub:1032
ABŞ-ın yeni Prezidenti Cozef Baydenin keçmiş həmkarı Donald Trampla söhbəti planlaşdırılmır.
Azvision.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

“Söhbət etmək planlaşdırılmır”, - Psaki bildirib.

Qeyd edək ki, Bayden, andiçmə mərasiminə gəlməyən və onunla şəxsən görüşməyən Trampdan məktub aldığını bildirib. Lakin məktubun özəl olduğunu deyərək, sabiq həmkarı iıə danışmayana qədər onun məzmununu barədə açıqlama verməyəcəyini bildirib.

Bayden yanvarın 20-də and içərək Prezident vəzifəsinə başlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Bayden   ABŞ   Prezident  





Xəbər lenti