Müəllim işləmək istəyənlərin nəzərinə!

Müəllim işləmək istəyənlərin nəzərinə!
  22 Yanvar 2021    Oxunub:1474
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq. Müsahibə mərhələsinin elektron sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Azvision.az


Teqlər: Təhsil   Müəllim   İş   Qəbul  





Xəbər lenti