Ermənistanda əksər döyüşçünün hərbi biletinə "sürücü" yazılıb

 Ermənistanda əksər döyüşçünün hərbi biletinə "sürücü" yazılıb
  22 Yanvar 2021    Oxunub:1339
Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar. Məqalədə deyilir ki, belə neqativ hallar 2016-cı ildə də olmuşdu. Hazırda yenidən belə hiyləyə əl atılmasının səbəb isə çox sadədir. Ordudan tərxis edilənlərin hərbi biletlərində onların müharibədə iştirak etdikləri barədə qeydlər olmasın:

“Bizə belə neqativ hallarla bağlı çoxlu şikayət və siqnallar daxil olur. Fakt budur ki, orduda olan sürücülər döyüş əməliyyatlarının iştirakçısı sayılmırlar və əsgərlər üçün verilən imtiyazlardan istifadə etmirlər. Ona görə də müharibə iştirakçılarının kütləvi şəkildə gələcəkdə bəzi imtiyazlardan məhrum edilməsi üçün bu cür addımlar atılır”.

Xatırladaq ki, Aprel müharibəsindən sonra da, erməni əsgərlərin hərbi kitabçalarında döyüşlərdə iştirak etməsinə dair qeydlər olmurdu. Yalnız KİV-in qaldırdığı səs-küydən sonra düzəlişlər edilmişdi və bu mövzu həmin dövrdə də qalmaqala səbəb olmuşdu.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sürücü   Ermənistan   Hərbi-bilet  





Xəbər lenti