Parlamentin komitəsi onlayn iclas keçirəcək

Parlamentin komitəsi onlayn iclas keçirəcək
  22 Yanvar 2021    Oxunub:901
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gördüyü işlər barədə hesabatı və 2021-ci ilin yaz sessiyası üçün iş planı haqqında.

2.“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4.Cari məsələlər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Komitə   İclas  





Xəbər lenti