İndoneziyada təyyarə qəzası mühərrikdəki nasazlıqdan ola bilər

İndoneziyada təyyarə qəzası mühərrikdəki nasazlıqdan ola bilər
  22 Yanvar 2021    Oxunub:947
İndoneziyada “Sriwijaya Air” aviaşirkətinin məxsusu Boeing 737-524 təyyarəsinin qəzaya uğramasının səbəblərindən biri avtomatik mühərrik idarəetmə sisteminin nasazlığı ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"da dərc olunan məqalədə deyilir.

Nəşrə məlumat verən mənbənin sözlərinə görə, təyyarədə avtomatik yanacaq tədarükünü tənzimləyən sistem düzgün işləməyib. Bu da təyyarənin idarə olunmasını ciddi şəkildə çətinləşdirib.

Təyyarə qəzasının səbəbləri ilə bağlı hələ ki, yekun nəticə açıqlanmayıb.

Yanvarın 9-da paytaxt Cakarta yaxınlığında Yava dənizinə düşən təyyarədə 56 sərnişin və 6 heyət üzvü olub. Rəsmi mənbələrin bildirdiyinə görə, təyyarənin göyərtəsində yalnız İndoneziya vətəndaşları olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İndoneziya   Təyyarə   Qəza  





Xəbər lenti