Zərif yanvarın 27-də İrəvana səfər edəcək

Zərif yanvarın 27-də İrəvana səfər edəcək
  22 Yanvar 2021    Oxunub:1022
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Ermənistana səfər edəcək.
Azvision.az
xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, İran diplomatiyasının rəhbəri İrəvanda ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq. Danışıqların əsas mövzusunun Dağlıq Qarabağ olacağı gözlənilir.

Bundan əvvəl, Zərif Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.

O, 24-25 yanvar tarixlərində Bakıda səfərdə olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   XİN   Rəhbər  





Xəbər lenti