Ermənistanda koronavirusdan ölənlərin sayı 3030-a çatdı

  22 Yanvar 2021    Oxunub : 646
Ermənistanda koronavirusdan ölənlərin sayı 3030-a çatdı
Ermənistanda son sutka ərzində daha 183 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 165 711 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 9 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3030-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 744 nəfərdir. Aktiv xəstələrin sayı 7 678 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19   Ermənistan