"Azərbaycanlılar Nikola, biz isə Elçibəyə görə sevinirdik"- Erməni politoloq

  22 Yanvar 2021    Oxunub : 4094
 "Azərbaycanlılar Nikola, biz isə Elçibəyə görə sevinirdik"-   Erməni politoloq
“Sosial şəbəkələrdə azərbaycanlılar Nikol Paşinyana təşəkkür və minnətdarlıqlar yağdırmaqda davam edirlər. Onun son açıqlamasından sonra sosial mediada azərbaycanlıların sevinclərini necə büruzə vermələrini hər kəs gördü”.
Azvision.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan deyib.

O Ermənistanı 90-cı illərdə Azərbaycanın düşdüyü durumla da müqayisə edib:

“Azərbaycanlılar baş nazir kreslosuna yapışıb qalan Paşinyana Ermənistanı hələ uzun müddət idarə etməyi arzulayırlar. O qədər uzun müddət ki, ölkəni tamamilə dağıtsın. Azərbaycanlılar satqın Nikolu özləri üçün hədiyyə hesab edirlər. Vaxtilə ermənilər də Əbülfəz Elçibəyin Azərbaycanda prezident seçilməsinə sevinirdilər”.

Xatırladaq ki, Nikol Paşinyan iki gün öncə parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləmişdi. O daha sonra bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

Tural Tağıyev
Azvision.az

Teqlər: Politoloq   Nikol   Elçibəy