Rusiyada virusdan ölənlərin sayı 68 mini keçib

 Rusiyada virusdan ölənlərin sayı 68 mini keçib
  22 Yanvar 2021    Oxunub:1387
Rusiyada son sutka ərzində koronavirusa 21 513 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 677 352 nəfərə çatıb.

Rusiyada bir gündə 580 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 68 412 nəfərdir. İndiyədək 3 081 536 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti