Macarıstan Rusiya peyvəndini alır

Macarıstan Rusiya peyvəndini alır
  22 Yanvar 2021    Oxunub:1399
Rusiya Səhiyyə naziri Mixail Muraşko, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto ilə “Sputnik V” peyvəndinin tədarükü məsələsini müzakirə edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Muraşko və Siyarto bu gün Moskvada görüşüblər.

Tərəflər 27 noyabr 2020-ci ildə Budapeştdə keçirilən hökumətlərarası komissiyanın 13-cü iclasında əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Əsas mövzulardan biri də Rusiyanın “Sputnik V” peyvəndinin Macarıstana tədarükü məsələsi olub.

Muraşko qeyd edib ki, Rusiya Macarıstana peyvənd tədarükü üçün müqavilə imzalayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SputnikV  





Xəbər lenti