Çavuşoğlu NATO-nun Baş katibi ilə görüşdü

  22 Yanvar 2021    Oxunub : 1569
Çavuşoğlu NATO-nun Baş katibi ilə görüşdü
Brüsseldə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu “Twitter”də bildirib.

“İttifaq daxilində birlik və həmrəyliyi daha da gücləndirməliyik. Ölkəmiz qurumda kritik və öncül rol oynayır. Əfqanıstan və İraqdakı NATO missiyalarını dəstəkləməyə davam edəcəyik”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NATO   Çavuşoğlu   Görüş