Çexiyadakı səfirliyimiz azərbaycanlılara müraciət edib

  22 Yanvar 2021    Oxunub : 1641
 Çexiyadakı səfirliyimiz azərbaycanlılara müraciət edib
Azərbaycanın Çexiyadakı səfirliyi vətəndaşlarımıza müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

“Koronavirus pandemiya dövrünün yaratmış olduğu çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

Azərbaycan Respublikası vətəndaşları yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: