Zelenski Ukraynada milli matəm elan etdi

 Zelenski Ukraynada milli matəm elan etdi
  23 Yanvar 2021    Oxunub:836
Xarkov şəhərində qocalar evində baş verən yanğında 15 nəfərin ölümü ilə əlaqədar ölkədə milli matəm elan edilib.
Azvision.az xəbər verir ki, bununla əlaqədar Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb. Fərmana əsasən, yanğında həyatını itirənlərin xatirəsinə ehtiram olaraq 23 yanvar Ukraynada matəm günü elan edilir. Dövlət müəssisələri və təşkilatlarının binalarında dövlət bayrağının endirilməsi, əyləncə və konsert tədbirlərinin ləğv edilməsi, televiziya və radio proqramlarında lazımi dəyişikliklərin edilməsi haqqında qərar verilib.

Azvision.az




Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti