Bayden və Tryudo gələn ay görüşəcək

Bayden və Tryudo gələn ay görüşəcək
  23 Yanvar 2021    Oxunub:1027
ABŞ Prezidenti Cozef Baydenlə Kanadanın Baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Danışıqlar zamanı tərəflər əhalinin koronavirusa qarşı peyvənd edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Kanada və Amerika liderləri enerji, müdafiə sektoru və Arktika məsələsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Onlar, epidemioloji vəziyyət kontekstində mümkün olduğu qədər gələn ay görüş keçirmək barədə razılığa gəliblər.

Kanadanın Baş naziri Castin Tryudo isə bildirib ki, ABŞ lideri ilə iqlim dəyişikliyi ilə mübarizə, hər iki tərəfdən insanlar üçün uyğun iş yerlərinin yaradılması məsələləri müzakirə edilib.

Bu, Baydenin prezident postunda xarici liderlə ilk telefon zəngidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Kanada   Bayden  





Xəbər lenti