Rusiyada Navalnıya dəstək aksiyaları keçirilir - FOTO

Rusiyada Navalnıya dəstək aksiyaları keçirilir -  FOTO
  23 Yanvar 2021    Oxunub:1436
Rusiyada müxalifətçi Aleksey Navalnıya dəstək aksiyaları başlayıb.
Azvision.az xəbər verir ki, aksiyalara səbəb Almaniyadan müalicədən qayıdan Navalnının həbs edilməsidir.

"Euronews"un məlumatına görə, Vladivastok, Xabarovsk və digər yerlərdə aksiyada yüzlərlə insan iştirak edir. Etirazçılar Navalnının sərbəst buraxılmasını tələb edir, prezidenti istefaya çağıran şüarlar səsləndirirlər.

Aksiyalar gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə həyata keçirilir. Ən böyük şəhərlərdə çox sayda polis və Milli Qvardiya qüvvələri cəmləşib. Artıq saxlanılanların olduğu bildirilir.

Navalnının yerli qərargahından verilən məlumata görə, polis Xabarovsk bölgəsi qanunvericilik orqanının deputatı Maksim Kukuşkini, Navalnının regional qərargahının koordinatoru Aleksey Vorsin," RusNews"un jurnalistləri Sergey Plotnikov və Danila Kulikov, habelə Libertarian partiyasının Xabarovskdakı şöbəsinin sədri Artem Mozqovu saxlayıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Aksiya  





Xəbər lenti