Saakyanın ölən mühafizəçisi : "Onlar mənim "ov"uma çıxıblar"

      Saakyanın ölən mühafizəçisi   : "Onlar mənim "ov"uma çıxıblar"
  23 Yanvar 2021    Oxunub:1222
Dünən Qarabağdakı separatçıların keçmiş rəhbəri Bako Saakyanın mühafizəçisi olmuş Artur Apresyanın cəsədi tapılıb.
Azvision.az erməni KİV-nə istinadla xəbər verir ki, Qarabağda aşkarlanan cəsədə ilkin baxış zamanı Apresyanın intihar etdiyi məlum olmuşdu.

Bu gün isə maraqlı və sensasiyalı məlumat yayılıb. Belə ki, erməni mediasının yaydığı səs yazısında Saakyanın keçmiş mühafizəçisinin həyatına böyük təhlükə olduğu bildirilir:

“Onlar mənim "ov"uma çıxıblar” - deyə Apresyan həyəcan dolu fikirlər səsləndirib. Şahidlərin sözlərinə görə, Artur bu bu səs yazısını ölümündən bir neçə saat öncə göndəribmiş.

Xatırladaq ki, Bako Saakyanın keçmiş mühafizəçisinin Xankəndindəki qəbiristanlıqda intihar etdiyi bildirilirdi.



Tural Tağıyev
Azvision.az


Teqlər: Saakyan   Mühafizəçi   Cəsəd  





Xəbər lenti