Gümrüdəki yol qəzasında rusiyalı hərbçi öldü

 Gümrüdəki yol qəzasında rusiyalı hərbçi öldü
  23 Yanvar 2021    Oxunub:1189
Ermənistanın Şirak bölgəsində baş vermiş dəhşətli avtomobil qəzası zamanı rusiyalı hərbi qulluqçu ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 23-nə keçən gecə Gümrüdəki Bulvariyan küçəsində avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər 25 yaşlı kişiyə məxsus “Opel Astra” avtomobilinin qoşqulu yük maşınına çırpıldığını aşkar ediblər. Yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıblar.

Məlumata görə, ölən şəxs Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi Leonid Xomyakovdur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qəza   Hərbçi   Ölüm  





Xəbər lenti