Rusiyada virusdan ölənlərin sayı 69 minə çatır

  23 Yanvar 2021    Oxunub : 785
Rusiyada virusdan ölənlərin sayı 69 minə çatır
Rusiyada son sutka ərzində koronavirusa 20 921 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 698 273 nəfərə çatıb.

Rusiyada bir gündə 559 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 68 971 nəfərdir. İndiyədək 3 109 315 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya