Qarabağda aparılan axtarış zamanı daha beş erməni hərbçinin qalıqları tapılıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, cəsədlər Füzuli, Suqovşan, Hadrut, Cəbrayıl ərazisində tapılıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün DNT müayinəsi keçiriləcək.
Erməni mediası bu gün axtarış işlərinin Suqovuşan, Füzuli, Laçın rayonlarında davam etdiriləcəyini yazıb.
Ümumilikdə 13 noyabrdan bu günə qədər 1256 erməni cəsədi və qalıqları tapılıb.
Bundan əvvəl səhiyyə naziri Anait Avanesyan Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarının tibbi ekspertizadan keçirildiyini bildirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər:
Qarabağ