Azad Rəhimovun səhhəti necədir? - Açıqlama

 Azad Rəhimovun səhhəti necədir? -  Açıqlama
  23 Yanvar 2021    Oxunub:2757
Gənclər və idman naziri Azad Rəhimovun komaya düşməsi haqqında informasiyalar yalandır.
Bu barədə Azvision.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, bu informasiyalar reallığı əks etdirmir:

"Azad müəllim yaxşıdır, hər şey qaydasındadır. Dünən mən mətbuat katibi olaraq bəzi tapşırıqlarla əlaqədar özü ilə danışmışam. Hər şey yaxşıdır, narahatçılığa əsas yoxdur".

Qeyd edək ki, bəzi KİV-də ABŞ-da müalicə alan Azad Rəhimovun komaya düşməsi haqqında informasiyalar yayılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azad-Rəhimov   Nazir  





Xəbər lenti