Qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - FOTO

   Qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar -    FOTO
  23 Yanvar 2021    Oxunub:1445
Ermənilər azərbaycanlıların yaşadığı tarixi torpaqları işğalı zamanı maddi və milli-mənəvi abidələri talan edib.
Zəngilan şəhərində olan məzarlıq tamamilə dağıdılıb. Ağzında qızıl dişi olduğu ehtimal olunan qəbirlər sökülərək, içindəki meyitlər çıxarılıb. Ermənilər eyni zamanda bütün məzarlıqda olan ağ və qara mərmər qəbir daşlarını da söküb aparıblar.

Qeyd edək ki, Zəngilan rayonu ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Zəngilan şəhərində XVII – XVIII əsrlərdə Səfəvilər dövründə tikilməsi güman edilən məsciddə dağıdılıb. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər olub. (Trend)













Azvision.az


Teqlər: Zəngilan   Qəbir  





Xəbər lenti