Moskvada Navalnıya dəstək aksiyası keçirilir

 Moskvada Navalnıya dəstək aksiyası keçirilir
  23 Yanvar 2021    Oxunub:1448
Rusiyalı müxalifətçi Aleksey Navalnının həbsdən azad olunması tələbi ilə Moskvada aksiya başlayıb.
Azvision.az “RBK”ya istinadla xəbər verir ki, polis aksiya ərəfəsində artıq iştirakçıları saxlamağa başlayıb.

Puşkinskaya Meydanına toplaşan insanlara hüquq-mühafizə orqanları əməkdaşları aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq edir, eyni zamanda məsafəni qorumağa, maska və əlcəklər taxmağa çağırır. Məlumata görə, onlarla iştirakçı saxlanılıb.

Qırmızı Meydan isə bağlanıb, ora heç kim buraxılmır.

Xatırladaq ki, bu səhər Navalnıya dəstək aksiyları Rusiyanın Uzaq Şərq diyarından başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: aksiya  





Xəbər lenti