Ermənilər Şuşa muzeylərini talan etmədiklərinə təəssüflənirlər

  Ermənilər Şuşa muzeylərini talan etmədiklərinə təəssüflənirlər
  23 Yanvar 2021    Oxunub:942
Erməni ictimai fəal Edqar Vardanyan Şuşadakı tarixi eksponatlar və digər muzeylərdə olan əşyaları oğurlaya bilməmələrindən təəssüflənib.
Azvision.az xəbər verir ki, Vardanyan budəfəki fərsizliklərinin onlara baha başa gəldiyinə işarə vurub:

“Leninqrad blokadada olanda, şəhərdə hannibalizm belə baş alıb gedəndə Ovsep Orbeli bütöv bir Ermitajı xilas etməyi bacarmışdı. Bu 872 gün davam edən dəhşətli bir mühasirə idi. 2020-ci ildə isə bizə Şuşanın 5 muzeyinə aid nümunələri əvvəlcədən şəhərdən çıxarmaq nəsib olmadı. Hətta düşmən Hadrutu ələ keçirəndə belə bunu edə bilmədik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Muzey   Talan   Ermitaj  





Xəbər lenti