Rusiya Ermənistana 12 milyon pul ayırır
Ermənistan Fövqəladə Hallar Nazirliyi Xilasetmə Xidmətinin rəis müavini, general-mayor Nikolay Qriqoryan bu məqsədlə Rusiyanın mərkəzə 12 milyon dollar və 1 vertalyot ayırdığın söyləyib.
“Hazırda humanitar mərkəzin yaradılması ilə bağlı danışıqlar aparılır. Güman olunur ki, Rusiya tərəfi layihəyə böyük maliyyə vəsaiti, o cümlədən bir vertolyot ayıracaq. Bu regional mərkəz yalnız Ermənistan deyil, həm də digər qonşu dövlətlərdə də gərgin situasiyalara yardım edəcək”.
Yaradılacaq mərkəz regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması, texnogen, təbii və fövqəladə hallar zamanı əhaliyə təcili humanitar yardımın göstərilməsi və bundan başqa ortaq şəkildə professionalı mütəxəssislərin hazırlanması ilə məşğul olacaq.
Ermənistan hökumətinin 2013-cü il noyabrın 7-də keçirilən iclasında Fövqəladə Hallar naziri Armen Yeritsyan 1500 kvadrat kilometr ərazidə mərkəz üçün 2 yaxud 3 mərtəbəli inzibati korpusların tikiləcəyini bildirmişdi. Eyni ərazidə Rusiya Fövqəladə Hallar Nazirliyinin bazası da yerləşəcək. Rusiya və Ermənistan xilasediciləri mərkəzdə birgə təlimlər keçirəcəklər.
Vüqar İsmayılov
Teqlər: