Türkiyədə koronavirusdan ölüm sayı 25 minə çatır

Türkiyədə koronavirusdan ölüm sayı 25 minə çatır
  24 Yanvar 2021    Oxunub:1703
Türkiyədə son sutka ərzində 144 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5856 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 24 933, virusa yoluxanlar isə 2 424 328 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 301 861 pasiyent (son sutkada 5811 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti