Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi, azərbaycanlı öldürüldü

  24 Yanvar 2021    Oxunub : 2701
   Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi,  azərbaycanlı öldürüldü
Türkiyəyə məxsus "Mozart" gəmisi Qvineya körfəzində nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı şəxslər gəmidə olan azərbaycanlı mühəndis Fərman İsmayılovu qətlə yetiriblər, 15 nəfər isə girov götürülüb.
Girov saxlanılan dənizçilərin Türkiyə vətəndaşları olduğu bildirilir.

Gəminin kapitanı deyib ki, quldurlar radar sistemini pozduqları üçün hazırda gəminin hansı istiqamətdə hərəkət etdiyi bilinmir.

Azvision.az

Teqlər: Gəmi