İtaliyada virusdan ölüm sayı 85 mini ötüb

  24 Yanvar 2021    Oxunub : 1160
İtaliyada virusdan ölüm sayı 85 mini ötüb
İtaliyada son sutka ərzində 13 331 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 2 455 185 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 488 nəfər artaraq 85 162-yə çatıb, bu günə kimi 1 871 189 xəstə müalicə olunaraq sağalıb. Hazırda 498 834 aktiv koronavirus xəstəsi var.

Azvision.az

Teqlər: İtaliya   Koronavirus