Berdiməhəmmədov Azərbaycanla anlaşmadan danışdı: “Tarixi hadisədir”

  24 Yanvar 2021    Oxunub : 5410
  Berdiməhəmmədov Azərbaycanla anlaşmadan danışdı:    “Tarixi hadisədir”
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisə olduğunu bildirib.
Azvision.az xəbər verir ki, Berdiməhəmmədov bu barədə Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında danışıb.

Ölkə başçısı deyib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir.

Türkmənistan Prezidenti, həmçinin qeyd edib ki, Anlaşma Memorandumu Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə güclü stimul verir.

Azvision.az

Teqlər: Türkmənistan   Dostluq   Xəzər   Yataq