Ukraynada vəziyyət normallaşır
Ukrayna prezidenti Viktor Yanukoviçlə əldə olunan razılığa əsasən aksiyaçıların işğal etdikləri dövlət binalarından 3 gün ərzində çıxması müqabilində həbsdə saxlanılan 234 müxalif azadlığa buraxılacaq və onlar haqda heç bir cinayət işi açılmayacaq.
Bu arada müxaliflərin vədlərinə əməl etdiyi bir vaxtda Ukrayna Baş Prokurorunun aksiyalarda həbs olunanların azadlığa buraxılmayacağı haqda səsləndirdiyi bəyanatları yenidən vəziyyəti gərginləşdirib.100-lərlə müxalif Baş Prokurorun evini mühasirəyə alaraq onu ölümlə hədələyiblər.
AzVision.az